Bank Of Baku

Bakıda standartlaşdırma mövzusunda seminar keçirilib

Bakıda standartlaşdırma mövzusunda seminar keçirilib
# 13 mart 2012 10:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda «Standartlaşdırma üzrə milli orqanların XXI əsrdəki rolu - maraqlı tərəflərin müşahidələri» mövzusunda seminar işə başlayıb.

APA-Economics”in xəbərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə keçirilən tədbirdə beynəlxalq standartlar, onların tətbiqi imkanları və əhəmiyyəti, bu sahədə ortaya çıxan problemlər və onların həlli yolları, Azərbaycanda SMPDK-nın fəaliyyəti, müxtəlif fəaliyyət sahələrində standartların tətbiqi və s. mövzular müzakirə olunub. Eləcə də inkişaf etməkdə olan ölkələrdə standartlaşdırma sahəsində vəziyyət və bu prosesin xüsusiyyətləri də diqqət mərkəzində olub. Tədbirdə Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) uyğunluğun qiymətləndirilməsi üzrə eksperti Aleksandr Yezraxoviç də iştirak edib.

SMPDK sədrinin köməkçisi Rəhimə Quliyeva «APA-Economics»ə bildirib ki, seminar komitənin ISO ilə birlikdə həyata keçirdiyi milli standartlaşdırma qurumunun institusional gücləndirilməsi proqramı çərçivəsində keçirilir. Proqram çərçivəsində başqa tədbirlər də nəzərdə tutulub. Seminarın keçirilməsində əsas məqsəd maraqlı tərəfləri gələcəkdə yaradılacaq və artıq mövcud olan texniki komitələrə cəlb etməkdir. Maraqlı tərəflər dedikdə bu sahədə fəaliyyət göstərən dövlət orqanları, istehlakçı birlikləri, QHT-lər, müəssisələr, ali məktəblər və s. nəzərdə tutulur. Tədbirdə komitənin qarşısında duran vəzifələr, buna nail olmaq üçün atılacaq addımlar, bu sahədəki çətinliklər və s. müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR