Bank Of Baku

“Azərmarka” Azərbaycan haqqında markalar seriyasını təqdim edib - FOTO

“Azərmarka” Azərbaycan haqqında markalar seriyasını təqdim edib - <font color=red>FOTO</font>
# 13 mart 2012 14:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərmarka» şirkəti «Avropa 2012. Azərbaycana səfər» - Azərbaycan haqqında yeni markalar seriyasını təqdim edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, seriyaya 3 marka daxildir. Nominal dəyəri 20 qəpik olan markanın üzərində Xəzər dənizi sahilində çimərlik, 60 qəpik nominallı digər marka üzərində isə dağ xizək kurortu təsvir olunub. Üçüncü marka suvenir poçt bloku şəklində hazırlanıb. Onun üzərində Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportu təsvir olunub və nominal dəyəri 1 manata bərabərdir.

Markaların tirajı hər bir marka üçün müvafiq olaraq 20 min ədəd və 10 min suvenir bloku təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR