Bank Of Baku

Azərbaycanın İKT və poçt sektorunda son 8 ildə istehsalın həcmi 7 mlrd. manat olub

Azərbaycanın İKT və poçt sektorunda son 8 ildə istehsalın həcmi 7 mlrd. manat olub
# 14 mart 2012 07:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanda 2004-2011-ci illər ərzində İKT və poçt sektorunda istehsal olunmuş məhsulun və göstərilmiş xidmətlərin ümumi həcmi təqribən 7 mlrd. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, təhlil olunan dövr dövründə göstərilmiş xidmətlər üzrə orta illik artım 25-30% olub: «Sözügedən dövr ərzində İKT və poçt sektorunda məhsul və xidmət istehsalının həcmi əhəmiyyətli dərəcədə, o cümlədən elektron xidmətlərin tətbiqi genişlənib, telekommunikasiya və poçt infrastrukturu müasirləşdirilib və digər mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib».

Qeyd edək ki, 2011-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan rabitə birlik və müəssisələri tərəfindən 138,5 mln. manat investisiya qoyulub, bu isə əvvəlki illə müqayisədə 59,4 mln. manat və ya 2,3 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR