Bank Of Baku

Ötən il Azərbaycanda avtomobil yollarının inkişafına 1,608 mlrd. manat sərf olunub

Ötən il Azərbaycanda avtomobil yollarının inkişafına 1,608 mlrd. manat sərf olunub
# 14 mart 2012 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Ötən il ərzində Azərbaycanda avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, bütün növ maliyyə mənbələri hesabına 1 608,3 mln. manatlıq iş həcmi yerinə yetirilib.

«APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildəki fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, il ərzində 668,7 km, o cümlədən 198,7 km ölkə əhəmiyyətli, 421,5 km yerli əhəmiyyətli və Bakı şəhərində 48,5 km yolda tikinti, yenidənqurma və müxtəlif dərəcəli təmir işləri həyata keçirilib.

«Azərbaycanda 2004-2011-ci illərdə yeni tikilən və yenidən qurularaq istismara verilən avtomobil yollarının ümumi uzunluğu 1 490 km-dən çox olub. Bu dövrdə 30 layihə üzrə tikintisi və yenidən qurulması davam etdirilən avtomobil yollarının uzunluğu 1 170,3 km təşkil edib. Eyni zamanda 2004-cü ildən etibarən avtomobil yollarının tikintisi zamanı yeni tikilən və yenidən qurularaq istismara verilmiş körpülərin ümumi sayı 74 olub», - deyə hesabatda qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR