Bank Of Baku

RİTN: “Sərhədsiz Reportyorlar”ın hesabatında Azərbaycan “İnternetin düşmənləri” sırasında yer almayıb

RİTN: “Sərhədsiz Reportyorlar”ın hesabatında Azərbaycan “İnternetin düşmənləri” sırasında yer almayıb
# 14 mart 2012 14:14 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Sərhədsiz Reportyorlar” təşkilatı tərəfindən dərc olunan “İnternetin düşmənləri” adlı illik hesabatla bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, açıqlamada bildirilir ki, hər il Beynəlxalq Senzura günü münasibətilə açıqlanan bu hesabatda “İnternetin düşmənləri” və “Nəzarətdə olan” ölkələrin siyahısı hazırlanıb və cari vəziyyətə şərhlər verilib.

Hesabatda birinci qrupa 12 ölkə - Bəhreyn, Belarus, Birma, Çin, Kuba, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Suriya, Türkmənistan, Özbəkistan və Vyetnam daxil edilib. İkinci qrupda isə Avstraliya, Misir, Eritreya, Fransa, Hindistan, Qazaxıstan, Malayziya, Rusiya, Cənubi Koreya, Şri-Lanka, Tailand, Tunis, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri yer alıb.

“Göründüyü kimi, Azərbaycan bu siyahılara daxil deyil. 72 səhifəlik hesabatda ölkəmizin adı cəmi bir dəfə hesabatın son sətirlərində qeyd olunub və ümumi olaraq bildirilib ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da onlayn informasiya azadlığının vəziyyəti diqqətdə saxlanılacaq. Bütün bunlara baxmayaraq, bəzi yerli mətbuat orqanlarında ölkəmizin İnternetin düşmənləri siyahısında olduğu barədə yalan məlumat yayılır” - deyə açıqlamada bildirilir.

Ümumilikdə isə Azərbaycanın adı 2002-ci ildən bəri İnternetin düşmənləri siyahısında sadalanmır və ölkəmizdə İnternetin istifadəsi gündən-günə genişlənir. Ötən ilin məlumatlarına əsasən, ölkəmizdə İnternet istifadəçilərin sayı 65%-ə yüksəlib və onlardan yarısı genişzolaqlı xidmət istifadəçiləridir. Milli domendə qeydiyyata alınmış saytların sayı 14 minə yaxındır, bloqların sayı minlərlədir, “Facebook” istifadəçilərinin sayı isə 800 minə çatmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR