Bank Of Baku

Xarici ekspert: “Elektron xidmətlərin tətbiqi Azərbaycanda “elektron hökumət”in inkişafına verilən böyük töhfədir”

Xarici ekspert: “Elektron xidmətlərin tətbiqi Azərbaycanda “elektron hökumət”in inkişafına verilən böyük töhfədir”
# 15 mart 2012 12:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda daşınmaz əmlakın qeydiyyatında elektron xidmətlərin tətbiqi “elektron hökumət”in inkişafına verilən böyük töhfədir və qeydiyyat prosesində həm müddətin azaldılmasına, həm də şəffaflığın artırılmasına imkan verəcək.

«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanda Dünya Bankının dəstəyi ilə həyata keçirilən «Daşınmaz Əmlakın Qeydiyyatı» Layihəsinin qrup rəhbəri Malkolm Çildres bildirib.

Onun sözlərinə görə, «Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi» çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sistemi əmlak məlumatlarına çıxış və onların idarə olunması baxımından çox mühüm element olacaq: «Bu sistem böyük imkanların yaradılması və strukturlararası idarəetmə və əməkdaşlıq, coğrafi məlumatların idarə olunması baxımından çox böyük rol oynayacaq».

Yeni sistemin tətbiqini əmlak bazarının idarə edilməsi və inkişafı baxımından mühüm addım hesab edən ekspert bunu Azərbaycanda elektron hökumətin inkişafına verilən böyük töhfə hesab edir: «Bu sistemin yaradılması Azərbaycanın ən yaxşı qlobal təcrübələri özündə tətbiq etmək niyyətindən xəbər verir. Bu münasibətlə hökuməti təbrik edirəm».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR