Bank Of Baku

Dövlət Gömrük Komitəsinin strukturunda mobil gömrük bölmələri yaradılıb - FOTO

Dövlət Gömrük Komitəsinin strukturunda mobil gömrük bölmələri yaradılıb - <font color=red>FOTO</font>
# 16 mart 2012 13:39 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın gömrük ərazisində törədilən qaçaqmalçılıq, gömrük işi sahəsində digər cinayətlər və hüquqpozma hallarının aşkar və xəbərdar edilməsi, habelə qarşısının alınması, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına, habelə gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsi qaydalarına riayət olunmasını təmin etmək məqsədilə ən müasir nəqliyyat vasitələri, eləcə də kompüter və digər avadanlıqlarla təchiz olunmuş mobil gömrük bölmələri yaradılıb.

Dövlət Gömrük Komitəsindən (DGK) APA-ya verilən məlumata görə, Komitənin 192 saylı qaynar xəttində mobil gömrük bölmələri ilə birbaşa əlaqə yaratmaq üçün artıq xüsusi rabitə xidməti mövcuddur. Belə ki, hər bir vətəndaş 192 saylı telefon nömrəsini yığaraq «7» nömrəsini daxil etməklə və ya Dövlət Gömrük Komitəsinin internet səhifəsi (www.dgk.gov.az) vasitəsilə Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin mobil gömrük şöbəsi ilə birbaşa əlaqə yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR