Bank Of Baku

«Azərpoçt» istilik enerjisinə görə abunə haqlarının qəbuluna başlayır

«Azərpoçt» istilik enerjisinə görə abunə haqlarının qəbuluna başlayır
# 16 mart 2012 14:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC ilə «Azəristiliktəchizat» ASC arasında qarşılıqlı müqavilə imzalanıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, müqaviləyə əsasən, milli poçt operatoru «Azəristiliktəchizat» şirkətinin xidmətlərindən istifadə edən abonentlərdən xidmət haqlarını qəbul edəcək. Hazırda bu xidmətin poçt şöbələrində təşkili üçün müvafiq işlər görülür.

Bundan başqa, «Azərpoçt» MMC-nin «Azərekspresspoçt» rabitə müəssisəsi ilə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi arasında EMS (göndərişlərin təcili çatdırılması xidməti) və kuryer poçt göndərişlərinin EMS şəbəkəsi vasitəsilə qəbulu və çatdırılması məqsədilə müqavilə imzalanıb və artıq bu xidmətin təşkilinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR