Azərbaycanda «Mülki müdafiə və yerli hadisələr» mövzusunda maarifləndirmə tədbirləri keçirilib
17 mart 2012 16:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki Müdafiə Qoşunları komandanlığının təşkilatçılığı ilə paytaxtda və regionlarda «Mülki müdafiə və yerli hadisələr» mövzusunda maarifləndirmə tədbirləri keçirilib. Bu barədə APA FHN-in rəsmi qəzetinə istinadən məlumat verib.
Bakı şəhəri, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Ağdam, Cəbrayıl, Lənkəran, Şamaxı və Xaçmaz regionlarında keçirilən tədbirlər dövlət və qeyri-dövlət təşkilatları, təhsil, səhiyyə və mədəniyyət müəssisələrini əhatə edib. Tədbirlər zamanı mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaqlar və mülki müdafiə qüvvələrinin xəbərdarlıq siqnalı üzrə toplanışları keçirilib. Mülki Müdafiə əmlaklarının sərgiləri təşkil olunub, yanğınların qarşısının alınması üsulları, fövqəladə hallar zamanı təxliyənin və ilkin tibbi yardımın göstərilməsi qaydaları nümayiş etdirilib.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024