Bank Of Baku

Nazirlik: Azərbaycanda bayram günlərində əhali fasiləsiz rabitə, radio-televiziya və internet xidmətləri ilə təmin olunacaq

Nazirlik: Azərbaycanda bayram günlərində əhali fasiləsiz rabitə, radio-televiziya və internet xidmətləri ilə təmin olunacaq
# 19 mart 2012 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Novruz bayramı günlərində əhalini rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair tabeçilikdə olan rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya və internet xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimlənməsinə dair tənzimləyici qrafikin yerinə yetirilməsi, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcək.

Göstərilənlərlə yanaşı bayram ərəfəsində və bayram günlərində abunəçilərin ev telefonlarının daimi işini təmin etmək məqsədilə, telefonların rabitə xidmətləri borclarına və digər səbəblərə görə şəbəkədən açılması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur. Abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR