Bank Of Baku

Azərbaycanda keçiriləcək «Elektron Təhsil» Respublika müsabiqəsinin başlanma tarixi müəyyənləşdirilib

Azərbaycanda keçiriləcək «Elektron Təhsil» Respublika müsabiqəsinin başlanma tarixi müəyyənləşdirilib
# 19 mart 2012 08:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Aprelin 2-də Azərbaycan Təhsil Nazirliyi tərəfindən «Elektron Təhsil» Respublika müsabiqəsinin başlanmasına start veriləcək.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə «2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində həyata keçirilir və «Microsoft Azerbaijan», «Intel» korporasiyasının «Gələcək üçün təhsil» proqramı, «Ultra», HP, «Azedunet» MMC və «Mədəd» təşkilatları tərəfindən dəstəklənir.

«Elektron Təhsil» Respublika müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən müsabiqəyə təqdim olunan elektron resursların keyfiyyətinin artırılması və rəqabət mühitinin daha da yaxşılaşdırılması məqsədilə müsabiqənin əsasnaməsində bəzi dəyişikliklər edilib ki, bu da hər bir iştirakçı tərəfindən müsabiqəyə yalnız bir resursun təqdim olunması və müsabiqədə qalib gəlmiş iştirakçıların növbəti 3 ildə müsabiqədə iştirak imkanlarının məhdudlaşdırılması daxildir.

Müsabiqə «Təhsildə İnternet texnologiyaları» və «Müasir məktəbdə elektron tədris resursları» istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet texnologiyalardan tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

«Müasir məktəbdə elektron tədris resursları» istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər «fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika», «İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika», «Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli» nominasiyaları üzrə müəyyən olunacaq.

«Təhsildə İnternet texnologiyalar» istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. Qaliblər «Təhsildə İnternet resursları» və «Müəllimlərin bloqları» nominasiyaları üzrə müəyyən olunacaq.

Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq «Elektron Təhsil» Respublika müsabiqəsində iştirak edən «Ən fəal region məktəbi» nominasiyası müəyyən edilib. Bu nominasiya üzrə 3 ən aktiv məktəb müəyyən ediləcək.

İki mərhələdə keçiriləcək səsverməni peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, müsabiqənin rəsmi internet-səhifəsi www.musabiqe.edu.az ünvanında yerləşdirilib və tam olaraq bütün məlumatları özündə cəmləyib. Veb-saytda müsabiqədə iştirak üçün qeydiyyat sadələşdirilib.

Xatırladaq ki, sözügedən müsabiqə artıq üçüncü dəfə keçirilir. Belə ki, 2010 və 2011-ci illərdə keçirilən müsabiqədə ümumi olaraq 1 400-dən çox layihə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR