«Nar Mobile» Bakıda bayram şənlikləri keçirəcək
19 mart 2012 10:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) 5 illik yubileyi və Novruz bayramı münasibətilə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda şənliklər keçirəcək.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, martın 20-dən 23-dək «Nar Mobile» şirkəti «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda paytaxt sakinləri üçün Novruz bayramı münasibətilə keçiriləcək tədbirlərə dəstək olacaq. Silsilə tədbirlər çərçivəsində paytaxt sakinləri üçün şənliklər, muzeylərə ekskursiyalar, konsert proqramları, uşaqlar üçün yarışmalar təşkil olunacaq, həmçinin gənclərin əl işləri nümayiş olunacaq.
Tədbirlər 4 gün ərzində (martın 20-23-də) İçəri Şəhərdə və 2 gün ərzində (martın 20-21-də) Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda səhər saatlarından axşam saatlarınadək davam edəcək.
Qeyd edək ki, «Nar Mobile» 2007-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024