“Azərsu” istehlakçıları içməli sudan qənaətlə istifadə etməyə çağırır
23 mart 2012 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər proqramına uyğun olaraq yay rejiminə hazırlıq məqsədilə içməli suyu mənbələrdən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə profilaktika işlərinə başlayıb.
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu işlər çərçivəsində yay aylarında Bakı şəhəri və onun qəsəbələrinin, həmçinin Abşeron rayonu və Sumqayıt şəhərinin dayanıqlı su təchizatının aparılması üçün magistral kəmərlərin vəziyyətinin yoxlanması və təmirə ehtiyac olan hissələrin bərpası, nasaz siyirtmələrin dəyişdirilməsi nəzərdə tutulur.
İşlərin müəyyən vaxt aparması ilə əlaqədar hidravlik rejimlərdə baş verəcək dəyişikliklər Abşeron yarımadasına ötürülən suyun həcminin azalması ilə müşahidə olunacaq. Bunu nəzərə alaraq “Azərsu” ASC istehlakçılardan xahiş edir ki, bu müddətdə içməli sudan qənaətlə istifadə etsinlər və israfçılığa yol verməsinlər. Tədbirlər proqramına uyğun olaraq magistral xətlərdə profilaktika işlərinin aprel ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

İnfrastruktur
Sabah Bakı metropoliteninin iş rejimi dəyişəcək
15:10
27 may 2024
Bakı–Gəncə şəhərlərarası avtobusları yenilənib
14:57
27 may 2024
Azad olunmuş ərazilərin yenidən qurulması, bərpasına ayrılan vəsait 27% artırılacaq
22:43
24 may 2024
Azad olunmuş ərazilərə iyun ayı üçün avtobus biletləri satışa çıxarılır
17:13
24 may 2024