Bank Of Baku

«Nar Mobile» Bakıda bayram şənlikləri keçirib

«Nar Mobile» Bakıda bayram şənlikləri keçirib
# 24 mart 2012 08:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) 5 illik yubileyi və Novruz bayramı münasibətilə «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda şənliklər keçirib.

«APA-ECONOMICS»in məlumatına görə, martın 20-dən 23-dək «Nar Mobile» şirkəti «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda paytaxt sakinləri üçün Novruz bayramı münasibətilə keçirilən tədbirlərə dəstək olub. Silsilə tədbirlər çərçivəsində paytaxt sakinləri üçün şənliklər, muzeylərə ekskursiyalar, konsert proqramları, uşaqlar üçün yarışmalar təşkil olunub, gənclərin əl işləri nümayiş etdirilib.

Tədbirlər 4 gün ərzində (martın 20-23-də) İçərişəhərdə və 2 gün ərzində (martın 20-21-də) Qala Dövlət-Tarix Etnoqrafik qoruğunda səhər saatlarından axşam saatlarınadək davam edib.

Eyni zamanda, martın 19-da «Nar Mobile» şirkəti bir qrup jurnalist üçün «İçərişəhər» Dövlət Tarix-Memarlıq və Qala Dövlət-Tarix Etnoqrafik qoruğlarına press-tur təşkil edib.

Qeyd edək ki, «Nar Mobile» 2007-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR