Bank Of Baku

TRACECA üzrə Azərbaycan ərazisi ilə yük və sərnişindaşımanın həcmi artıb

TRACECA üzrə Azərbaycan ərazisi ilə yük və sərnişindaşımanın həcmi artıb
# 24 mart 2012 09:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar ayı ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) üzrə Azərbaycan ərazisində 4,9 mln. ton yük və 21,5 mln. nəfər sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında bu dəhliz vasitəsilə yükdaşımanın həcmi 2011-ci ilin eyni dövrü ilə müqayisədə 6,6%, sərnişindaşımanın həcmi isə 7,4% artıb.

«Yüklərin 42,3%-i avtomobil, 36,8%-i dəmir yolu, 20,9%-i dəniz nəqliyyatının payına düşüb, daşımaların həcmi dəmir yolu nəqliyyatında 8,3%, avtomobil nəqliyyatında 6,6%, dəniz nəqliyyatında isə 3,9% artımla qeydə alınıb», - deyə məlumatda bildirilir.

Yük daşımaları fəaliyyətindən 37 mln. manat, sərnişin daşınmasından isə 6,6 mln. manat gəlir əldə olunub ki, bu da ötən ilin yanvar ayına nisbətən müvafiq olaraq 25,6% və 14,9% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR