Bank Of Baku

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması son bir ildə 5% artıb

Azərbaycanın nəqliyyat sektorunda yük daşınması son bir ildə 5% artıb
# 26 mart 2012 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 31,5 mln. ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 5,3% çox yük daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda qeyri-neft yüklərinin həcmi 10,3% artıb: «Nəqliyyat vasitələri ilə daşınmış yüklərin 47,8%-i avtonəqliyyat, 33,4%-i boru kəməri, 11,6%-i dəmir yolu, 7,2%-i dəniz nəqliyyatı vasitələri ilə həyata keçirilib. Qeyri-dövlət bölməsində yük daşınması 3,6% artıb, bu bölməyə məxsus nəqliyyat vasitələri ilə yük daşınmasının payı nəqliyyat sektorunda 69,7% təşkil edib».

Eyni zamanda, yanvar-fevral aylarında nəqliyyatçılar 237,4 mln. nəfərə və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,8% çox sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,8%-i avtomobil, 12,9%-i isə metro nəqliyyatının xidmətlərindən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR