Bank Of Baku

İranda internet-klublarda axtarış aparılacaq

İranda internet-klublarda axtarış aparılacaq
# 26 mart 2012 16:46 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda fəaliyyət göstərən internet-klublarda kompüterlərdə quraşdırılmış proqramlar üzrə axtarış aparılacaq. APA-nın məlumatına görə, bunu Qərbi Azərbaycan vilayətinin Kiber Polis İdarəsinin sədri Kure Bulaği deyib. O bildirib ki, «süzgəc» qoyulan saytlara girişi təmin edən və digər proqramların axtarışı aparılacaq: «Bu proqramların axtarışı İranda internet cinayətkarlığının qarşısını almaq məqsədi daşıyır. İnternet cinayətkarlığını ifşa etmək və onunla mübarizə aparmaq polisin vəzifəsidir».

Qeyd edək ki, İranda «Facebook», «Twitter» və digər sosial şəbəkələrə, eləcə də «Youtube», «Google» və bu ölkəni tənqid edən saytlara giriş bağlıdır. İran indiyədək 10 mln. internet saytına «süzgəc» qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR