Bank Of Baku

«Nar Mobile» abunəçilərinə güzəştli tariflər təqdim olunub

«Nar Mobile» abunəçilərinə güzəştli tariflər təqdim olunub
# 24 mart 2012 10:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) yaranması günü və Novruz bayramı münasibətilə paytaxt sakinləri üçün hədiyyələri təqdim etməkdə davam edir.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, operator tərəfindən təklif olunan «Limitsiz Şəbəkədaxili» tarif çərçivəsində gündəlik olaraq 24 qəpik ödəməklə bütün «Nar Mobile» abunəçiləri şəbəkədaxili 300 dəqiqə və ya 5 saat danışıq vaxt əldə edə bilər. Bir ay ərzində isə «Nar Mobile» şirkəti abunəçilərinə 9 min dəqiqə və ya 150 saat danışıq vaxtı verir. Təqdim olunan şəbəkədaxili bonus dəqiqələri bitdikdə, sonrakı şəbəkədaxili zənglərin bir dəqiqəsi üçün 5 qəpik çıxılır, şəbəkədaxili bonus SMS-lər bitdikdə, sonrakı hər SMS üçün 3 qəpik çıxılır. Tarifə 50% endirim nəticəsində ödəniş 0,48 qəpikdən 0,24 qəpiyə qədər düşüb, danışıq dəqiqəsi isə 100 dəqiqədən 300 dəqiqəyə qədər yüksəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR