Bank Of Baku

“Türk Hava Yolları” Suriyaya uçuşları dayandırır

“Türk Hava Yolları” Suriyaya uçuşları dayandırır
# 27 mart 2012 12:43 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkəti bu il aprelin 1-dən Suriyaya uçuşları dayandıracağını bəyan edib.

APA-Economics”in CNBC-yə istinadən xəbərinə görə, 1 aprel tarixinə bilet almış sərnişinlər Suriyaya çatdırıldıqdan sonra bu aviareys üzrə biletlərin satışı dayandırılacaq.

Qeyd edək ki, “Türk Hava Yolları” son aylarda Suriyaya uçuşları dayandıran üçüncü nəhəng aviaşirkətdir. Bundan əvvəl “Saudi Arabian Airlines” və “Air France” analoji addımı atıb.

“Türk Hava Yolları” Avropa, Asiya, Afrika və ABŞ-ın aeroportlarına müntəzəm olaraq 123 xarici və 32 daxili reys yerinə yetirir. Şirkətin səhmlərinin 49%-i dövlətə, 51%-i fərdi sahibkarlara məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR