Bank Of Baku

Azərbaycanda yeni HTC smartfonlarının satışına başlanılır

Azərbaycanda yeni HTC smartfonlarının satışına başlanılır
# 27 mart 2012 14:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin II rübündə Azərbaycanda dünyanın aparıcı smartfon istehsalçılarından biri olan HTC şirkətinin «One» seriyalı smartfonlarının satışına başlanacaq.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanla bərabər dünyanın əksər ölkələrində 130-dan çox təchizatçı və distribyutorlar da «HTC One» smartfonlarının satışına başlayacaq. Azərbaycanda «HTC One» seriyalı smartfonların X, V və S modelləri satılacaq.

Şirkətin premium təcrübəsindən bəhrələnərək hazırladığı «HTC One» seriyası «HTC Sense 4» texnologiyalı «Android 4.0» əməliyyat sistemini, «HTC ImageSense» texnologiyasını təqdim edən HTC-nin brendləşdirilmiş istifadəçi təcrübəsinin yeni versiyasını, «HTC One» qurğusunu digər telefonlardan fərqləndirən kamera və müxtəlif şəkil xüsusiyyətlərini inteqrasiya edir.

«ImageSense» kamera texnologiyası ilə «HTC One» ənənəvi rəqəmli kameralarla rəqabətə qoşulur. Kameranın, demək olar, hər bir hissəsi (linzalar, sensor, proqram təminatı) təkmilləşdirilib və hətta yeni «HTC ImageChip» proqramı daxil edilib. Həmin təkmilləşdirmələr nəticəsində sürətli şəkil çəkilişinə, müxtəlif şəraitlərdə çəkilən şəkillərin yüksək keyfiyyətinə və çox rahat interfeysə nail olunub.

İlk dəfə olaraq «HTC One-da Beats Audio™» texnologiyası quraşdırılıb ki, bu da musiqini dinləyərkən, «YouTube»da video izləyərkən və ya oyun oynayarkən daha mükəmməl səs əldə etməyə imkan verir. «HTC One» həmçinin kompüterə qoşulduğu zaman avtomatik şəkildə yüklənilən «HTC Sync Manager» proqram təminatı vasitəsilə telefonda olan musiqiləri dinləməyə imkan verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR