Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 15% artıb, yükdaşıma isə 3% azalıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 15% artıb, yükdaşıma isə 3% azalıb
# 27 mart 2012 14:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda hava nəqliyyatı vasitəsilə sərnişindaşımanın həcmi artıb, yükdaşımanın həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk iki ayı ərzində hava nəqliyyatı ilə 192,1 min nəfər sərnişin və ya əvvəlki ilin analoji dövrü ilə müqayisədə 15,3% çox sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşımanın 98,5%-i dövlət bölməsinə, 1,5%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib.

Hava nəqliyyatı ilə yükdaşımasının həcmi yanvar-fevral aylarında 3,3% azalaraq 6,6 min ton təşkil edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 5 hava limanı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR