Bank Of Baku

Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsi təmir olunur

Bakı-Böyük Kəsik dəmir yolunun daha bir hissəsi təmir olunur
# 28 mart 2012 07:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakı-Böyük Kəsik dəmir yolunun Əlikənd stansiyasında (Ucar rayonu) tək istiqamətdə 1450 metr yolun əsaslı təmirinə start verilib.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, əsaslı təmir işlərinə səhər saatlarında başlanılıb və artıq köhnə yolun söküntüsü başa çatmaq üzrədir. Saat 16:00 radələrində təmir işləri başa çatacaq.

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi Layihəsi» çərçivəsində Çexiya «EximBank»ının ayırdığı 215 mln. avro məbləğində kredit hesabına həyata keçirilir.

Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə 2011-ci ilin iyununda başlanıb. Bu günə kimi 69 km yol əsaslı təmir olunub.

Yolların əsaslı təmiri prosesini Çexiya «EximBank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR