Bank Of Baku

Bakıda audio-video mütəxəssisləri üçün forum keçirilir

Bakıda audio-video mütəxəssisləri üçün forum keçirilir
# 28 mart 2012 09:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda «AV Club»un təşkilatçılığı ilə Azərbaycanın audio və video mütəxəssisləri üçün peşəkar forum («AV Focus Baku 2012») keçirilir.

«APA-Economics»ə verilən məlumata görə, tədbirdə audio-video məhsullarının istehsalı, satışı və istehlakı ilə bağlı aktual məsələlər müzakirə olunur. Forumda «Mitsubishi», «Panasonic» kimi şirkətlərin nümayəndələri məruzələrlə çıxış edəcək. Eyni zamanda forum çərçivəsində tədbir iştirakçıları üçün müvafiq treninqlər keçiriləcək. İştirakçılar audio-video istehsalçıları ilə birbaşa ünsiyyət qura, yeni texnologiyaları sınaqdan keçirə, təcrübə mübadiləsi apara biləcəklər.

Qeyd edək ki, analoji forum artıq Kiyev, Kazan və Novosibirsk şəhərlərində keçirilib. Bundan başqa, «AV Focus 2012» Sankt-Peterburq, Minsk, Rostov, Moskva, Almatı, Odessa və Yekaterinburq kimi şəhərlərdə də təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR