Bank Of Baku

“Facebook”da “anti-like” əlavəsi istifadəyə verilib

“Facebook”da “anti-like” əlavəsi istifadəyə verilib
# 28 mart 2012 14:15 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın ən nəhəng sosial şəbəkəsi olan “Facebook”da ayrı-ayrı istifadəçi səhifələrinə və açıq səhifələrə antipatiyanı bildirmək imkanı verən yeni əlavə istifadəyə verilib.

APA-Economics”in xəbərinə görə, “EnemyGraph” adlanan “anti-like” əlavəsi Texas Universitetinin iki tələbəsi tərəfindən işlənib hazırlanıb. Onların fikrincə, bu əlavə daha çox marketoloqların işinə yarayacaq.

Artıq 4 mindən çox “Facebook” istifadəçisi “anti-like”dan istifadə edib. Ən çox (300 dəfə) bəyənilməyən səhifə isə amerikalı siyasətçi, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Rik Santorumun səhifəsi olub. İkinci yeri populyar müğənni Castin Biber, üçüncü yeri “Westboro Baptist Church” dini klanı tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR