Zabrata yeni su xətti çəkilir - FOTO
28 mart 2012 14:39 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC Bakı ətrafı yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, tədbirlər planına uyğun olaraq Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat yaşayış massivinə yeni magistral su xəttinin çəkilişinə başlanılıb.
Layihəyə əsasən, Sabunçu dairəsindən keçən 1200 mm diametrlik magistral su kəmərindən Zabrat qəsəbəsinə 5,6 km uzunluğunda, 500 mm diametrli polietilen borularla çəkilən su xətti qəsəbədaxili şəbəkəyə birləşdiriləcək. Yay mövsümündə içməli suyun normal ötürülməsini təmin etmək məqsədilə su xəttinin üzərində 2 ədəd nasosxananın tikintisi də nəzərdə tutulur. Magistral su xəttinin keçdiyi marşrut boyunca yerləşən yaşayış məntəqələrinə içməli su bu mənbədən paylanacaq. Bu məqsədlə magistral su xəttinə paralel 200 mm diametrli əlavə su kəməri də çəkiləcək. Tədbirlər planına uyğun olaraq tikinti işləri may ayına qədər başa çatdırılacaq. Bununla da 10 mindən çox sakinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq.
Qeyd edək ki, hazırda Zabrat qəsəbəsinə içməli suyun verildiyi 500 mm diametrli metal boru xətti köhnəldiyindən və korroziyaya uğradığından, istismar tələblərinə cavab vermir və içməli su təchizatında problemlər yaranır. Yeni kəmər istismara verildikdən sonra köhnə su xətti ləğv ediləcək.

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024