Bank Of Baku

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 7%, sərnişindaşıma isə 9% artıb

Azərbaycanda avtomobil nəqliyyatı ilə yükdaşıma 7%, sərnişindaşıma isə 9% artıb
# 29 mart 2012 07:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik olan avtomobil nəqliyyatı ilə 15,1 mln. ton yük və 206,1 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə avtomobil nəqliyyatı ilə yükdaşımanın həcmi 7,3%, sərnişindaşımanın həcmi isə 9% artıb: «Sərnişinlərin 96,6%-i avtobus, 3,4%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 7,5%, sərnişin dövriyyəsi isə 10,1% artıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR