Bank Of Baku

Aprelin 2-də «Boeing-787 Dreamliner» təyyarəsinin Azərbaycanda təqdimatı keçiriləcək

Aprelin 2-də «Boeing-787 Dreamliner» təyyarəsinin Azərbaycanda təqdimatı keçiriləcək
# 29 mart 2012 08:01 (UTC +04:00)
Dünya turnesi çərçivəsində ilk təqdimatın Azərbaycan üçün keçirilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

M.Səfərlinin sözlərinə görə, reaktiv tipli bu avialaynerin Bakıya aprelin 2-də gətirilməsi planlaşdırılır. Bir gün Azərbaycanda saxlanıldıqdan sonra «Boeing-787 Dreamliner» təyyarəsinin Moskvaya (Rusiya), daha sonra İstanbula (Türkiyə), oradan isə Madridə (İspaniya) aparılması nəzərdə tutulub.

Qeyd edək ki, MDB ölkələri və Asiaya regionu üzrə ABŞ korporasiyasına «Boeing-787 Dreamliner» sərnişin təyyarəsinin istehsalı ilə bağlı ilk sifarişi 2007-ci ildə məhz Azərbaycan verib. Artıq 2014-cü ildə Azərbaycanın ilk «Boeing-787 Dreamliner» təyyarəsini alacağı gözlənilir. Yeni avialayner vasitəsilə AZAL uzaq məsafələlərə birbaşa uçuşlar təşkil etmək niyyətindədir.

Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında «Boeing 787 Dreamliner» avialayneri ilə ilk kommersiya aviareysi yerinə yetirilib. Tokio-Honkonq marşrutu üzrə yerinə yetirilən bu aviareys «Boeing 787 Dreamliner» təyyarəsinin ilk alıcısı olan Yaponiyanın «All Nippon Airways» aviaşirkəti olub.

«Boeing 787 Dreamliner» təyyarəsinin çəkisi Almaniya istehsalı olan «Airbus A330-200» avialayneri ilə müqayisədə 45 ton azdır və 135 ton təşkil edir. Bununla yanaşı, hazırda istismarda olan analoji təyyarələrlə müqayisədə yeni «Boeing»ın yanacaq sərfiyyatı 20%, eyni zamanda havaya zərərli tullantıları 20% azaldılıb. Eyni zamanda «Boeing 787 Dreamliner»in salonu yenilənib və illüminatorlar 65% genişləndirilib. Təyyarə göyərtəsində 200-250 sərnişinlə enmədən 15 min km məsafəni qət edə bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR