Bank Of Baku

«Google» istifadəçilərin şəxsi statistika servisini təqdim edib

«Google» istifadəçilərin şəxsi statistika servisini təqdim edib
# 29 mart 2012 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Google» korporasiyası istifadəçilərə şəxsi statistika servisini təqdim edib.

«APA-Economics»in məlumatına görə, servis korporasiyanın bəzi məhsullarında istifadəçinin göstərdiyi fəallıq haqqında aylıq hesabatları tərtib edəcək. Məsələn, «Gmail» elektron poçtu üçün hesabat dövrü ərzində göndərilən məktubların sayı və daha çox məktub göndərilən ünvan sahibləri, eləcə də digər informasiya yer alacaq.

«Gmail»dan başqa, servis axtarış sistemini, «YouTube» videohostinqini, «Picasa» fotohostinqini və «Latitude» geolokasiya servisini əhatə edir. Statistikanı istifadəçi funksiyalarda və yaxud xüsusi səhifəyə keçməklə işə sala bilər. Bundan sonra «Google» hər ay hesabata dair istinad göndərəcək.

Verilən məlumat akkauntdan cinayətkarın istifadə edib-etməməsini öyrənməyə də imkan verəcək. Bunun üçün istifadəçi akkauntundan girişin həyata keçirildiyi şəhərlər və brauzerlərin siyahısını yoxlamalı olacaq. Şübhəli fəallıq aşkarlandıqda, «Google» istifadə olunan parolu dəyişməyi tövsiyə edir.

Hesabatları istənilən dövr üçün yaratmaq olar. Bununla belə, istifadəçi onlardan hansını istəsə, poza bilər. Servis işə salınanda ilk hesabat bir neçə gündən sonra hazır olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR