Bank Of Baku

«Təmiz Şəhər» IDEA kampaniyasının tədbirlərinə qoşulub - FOTO

«Təmiz Şəhər» IDEA kampaniyasının tədbirlərinə qoşulub - <font color=red>FOTO</font>
# 29 mart 2012 12:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC «International Dialogue for Environmental Action» (IDEA) kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərə qoşulub.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, IDEA Kampaniyası tərəfindən mart ayının ortalarından başlayan «Bakı Debat Forumu / Yaşıl Düşüncə Kuboku-2012» çərçivəsində keçirilən təlimlərdə 15 ali təhsil müəssisəsindən 1 350 gənc iştirak edib. Məişət tullantılarının düzgün idarə olunmasının ətraf mühitin mühafizəsi sahəsində əhəmiyyətini gənclərə çatdırmaq üçün keçirilən təlimlərdə «Təmiz Şəhər» ASC Layihələrin idarə olunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təlim iştirakçılarına bərk məişət tullantılarının zərərsizləşdirilməsi, yandırılması, çeşidlənməsi haqqında məlumatlandırıb. Layihənin ilkin mərhələsi olan təlimlər başa çatdıqdan sonra tullantıların idarə olunması sahəsində universitetlər daxili və universitetlər arası debat turnirlər keçiriləcək.

Bundan başqa, gənc ekoloqların alternativ enerji resursları, alternativ enerji mexanizmləri və onların iş prinsipləri haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədilə martın 22-25-də Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzində «Yaşıl Enerji Düşərgəsi» keçirilib. «Təmiz Şəhər» ASC-nin Ətraf Mühitin Mühafizəsi sektorunun müdiri Sabit Zeyniyev düşərgə iştirakçılarına bərk məişət tullantılarının idarə olunması sahəsində mühazirə deyib.

«Təmiz Şəhər» gənclər arasında «yaşıl düşüncə» tərzinin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə tədbirlərini davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR