Bank Of Baku

Omsk-Bakı aviareysi üzrə uçuşlara başlanılıb

Omsk-Bakı aviareysi üzrə uçuşlara başlanılıb
# 30 mart 2012 10:32 (UTC +04:00)
APA-Economics”in Rusiya KİV-nə istinadən xəbərinə görə, mütəxəssislər bu aviareysin populyar olacağını proqnozlaşdırırlar. Çünki Omsk bölgəsində 30 minə yaxın azərbaycanlı yaşayır.

Bakı ilə birbaşa əlaqə indiyədək Moskva aeroportlarının xidmətindən istifadə etmək məcburiyyətində qalan Sibirdəki Azərbaycan diasporunun nümayəndələri üçün də əlverişli olacaq.

“Tarixi vətənimizlə birbaşa aviaəlaqənin yaradılmasının əhəmiyyəti çox böyükdür. Bakıya Moskva, tümen və digər şəhərlər vasitəsilə uçurduq. Bu əzab-əziyyət başa çatdı. İqtisadi baxımdan da bu reys çox sərfəlidir” - deyə Omskdakı Azərbaycan icmasının rəhbəri Qabil Mahmudov bildirib.

Aviareysi həyata keçirən “Omsk aeroportu” şirkəti Azərbaycanda turizm sənayesinin inkişaf etdiyini və Rusiya vətəndaşları üçün vizasız rejimin qüvvədə olduğunu nəzərə alaraq, həftənin cümə günləri həyata keçiriləcək Omsk-Bakı aviareysinə turistlərin də böyük maraq göstərəcəyini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR