«Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanunun qüvvəyə minməsi ilə əlaqədar bir sıra qanunlara dəyişiklik ediləcək
30 mart 2012 11:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisin Aqrar siyasət Komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda çıxış edən komitə sədri Eldar İbrahimov deyib ki, iclasın gündəliyinə 14 qanuna dəyişikliklər layihəsi daxildir. Dəyişikliklər «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» qanunun qüvvəyə minməsi ilə əlaqədardır.
Daha sonra gündəliyə daxil olan məsələlər barədə məlumat verilib. Qeyd olunub ki, sözügedən qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycanın Torpaq Məcəlləsi, Meşə Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi, Mənzil Məcəlləsi, «Torpaq icarəsi haqqında», «Qiymətləndirmə fəaliyyəti haqqında», «Torpaq bazarı haqqında», «Su təchizatı və tullantı suları haqqında», «Avtomobil yolları haqqında», «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında», «Dövlət rüsumu haqqında», «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanunlara dəyişikliklər edilməsi təklif olunur.
Daha sonra qanun layihələri parlamentin plenar sessiyasına tövsiyə olunub.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024