Bank Of Baku

Gəncədə «KATV1»in iki filialı açılıb - FOTO

Gəncədə «KATV1»in iki filialı açılıb - <font color=red>FOTO</font>
# 30 mart 2012 15:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Gəncə şəhərində «KATV1» kabel televiziya operatorunun 2 yeni filialının açılışı olub.

«KATV1» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, filiallar analoq və rəqəmsal yayımda kabel televiziya xidmətləri göstərəcək ki, gələcəkdə İnternet xidmətinin tətbiq edilməsi planlaşdırılır.

Filialların açılış mərasimində «AG Telekom» («KATV1» brendinin sahibi) şirkətinin nümayəndələri və şəhər sakinləri iştirak edib. «AG Telekom» şirkətinin baş direktoru Samir Qurbanov şirkətin yaranma və inkişaf tarixi, «KATV1» kabel televiziya operatorunun regionlarda əhatə dairəsinin genişləndirilməsi haqqında danışaraq, şirkətin artıq Mingəçevir və Xırdalan şəhərlərində də fəaliyyət göstərdiyini qeyd edib.

«KATV1» kabel televiziya operatorunun abonentləri Gəncə şəhər filiallarında şirkətin fəaliyyəti barədə məlumat əldə edib, kabel şəbəkəsinə qoşulmaq üçün sifariş verə bilərlər. Ödənişlərin qəbulu, paketlərin siyahısında dəyişikliklərin edilməsi və bütün digər məsələlərlə də bağlı filiallara müraciət etmək olar. Filiallar Gəncənin Dədə Qorqud küçəsi, 38 və Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsi, 37A ünvanlarında fəaliyyət göstərir.

Xatırladaq ki, hazırda ölkə üzrə «KATV1» kabel televiziyası operatorunun 12 ofisi fəaliyyət göstərir. Onlardan 8-i Bakı, 2-si Xırdalan və Mingəçevir, 2-si isə Gəncədə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR