Bank Of Baku

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın həcmi 12% azalıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşımanın həcmi 12% azalıb
# 31 mart 2012 10:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 3,7 mln. ton və ya ötən ilin analoji dövrünə nisbətən 8,9% çox yük daşınıb.

Dövləti Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə orta hesabla sutkada 616 vaqon yüklənib, 503 vaqon isə boşaldılıb: «Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 26,5 min ton, Qərb istiqaməti üzrə 4,5 min ton və Cənub istiqaməti üzrə 2,5 min ton yüklənmə işi yerinə yetirilib».

Cari ilin ilk iki ayı ərzində yük dövriyyəsi ötən ilin yanvar-fevral aylarına nisbətən 6,8% artaraq 1 284,0 mln. ton-km təşkil edib.

Sözügedən nəqliyyat vasitəsi ilə sərnişin daşınmasına gəldikdə, hesabat dövründə 550 min nəfər sərnişinə xidmət göstərilib. Bu da ötən ilin ilk iki ayı ilə müqayisədə 11,7% azdır. Hesabat dövründə dəmir yolu nəqliyyatında sərnişin dövriyyəsi 17,3% azalaraq 97,7 mln. sərnişin-km təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR