Bank Of Baku

Azərbaycan prezidenti və xanımı Bakıda “JW Marriott Absheron” otelinin açılışında iştirak ediblər-FOTO

Azərbaycan prezidenti və xanımı Bakıda “JW Marriott Absheron” otelinin açılışında iştirak ediblər-<font color=red>FOTO</font>
# 01 aprel 2012 13:10 (UTC +04:00)
APA-nın xəbərinə görə, prezident və xanımı oteldə yaradılmış şəraitlə tanış olublar. Kollektivlə görüşən dövlət başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirib.

Qeyd edək ki, köhnə “Abşeron” mehmanxanasının yerində tikilən “JW Marriott Absheron” oteli məşhur “Marriott International” şirkətinin Azərbaycandakı ilk otelidir. Oteldə otaqların layihələndirilməsi və tərtibatı zamanı Azərbaycanın təbiəti, memarlıq abidələri, eləcə də Xəzər dənizinin elementləri öz əksini tapıb.

Oteldə ümumilikdə 243 otaq, çoxsaylı Şərq, İtaliya və başqa mətbəx nümunələrini təqdim edən restoran, bar və kafelər, SPA mərkəzi, konfrans və tədbirlərin keçirilməsi üçün 13 iclas zalı fəaliyyət göstərir. Otelin həyətindən bulvara çıxan yeraltı keçid də tikilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR