Bank Of Baku

Azərbaycan paytaxtında multimedia taksofonlarının quraşdırılması bu ay başa çatdırılacaq

Azərbaycan paytaxtında multimedia taksofonlarının quraşdırılması bu ay başa çatdırılacaq
# 02 aprel 2012 11:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. May ayında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar şəhərdə yeni multimedia taksofonları aprelin 20-dək qurulacaq.

«APA-Economics»in məlumatına görə, Bakı Avtomat Telefon Qovşağı tərəfindən taksofonların dislokasiya yerləri haqqında Bakı şəhər İcra Hakimiyyətinə verilən təqdimata uyğun olaraq işlər aparılır. Taksofonların yerləşəcəyi yerlərin yüksək keyfiyyətli rabitə xətlərinin təmin edilməsi, xüsusi dizaynla hazırlanan köşklərin şəhərin ümumi mənzərəsi ilə ansambl təşkil etməsi nəzərdə tutulan planlar sırasında birincidir. Hazırda icra hakimiyyətində məsələ üzərində iş aparılır.

Qeyd edək ki, Bakıda quraşdırılacaq üzərində ingilis dilində yazılar olan universal tipli taksofonlar xüsusi dizaynı ilə fərqlənməklə həm kartla, həm də qəpiklə işləyəcək.

Bundan başqa, taksofonların üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köməkçi məlumatlar və s. olacaq ki, bu da istifadəçilərin rahatlığının təmin edilməsinə hesablanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR