Bank Of Baku

“Azərsu” ASC-nin işçiləri arasında Spartakiada keçirilir - FOTO

“Azərsu” ASC-nin işçiləri arasında Spartakiada keçirilir - <font color=red>FOTO</font>
# 02 aprel 2012 13:33 (UTC +04:00)
Bakı - APA-Economics. “Azərsu” ASC-nin işçiləri arasında VIII Spartakiada başlayıb. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “İşçilərin mənəvi və fiziki sağlamlığı uğrunda” devizi altında təşkil olunan spartakiadada “Azərsu” ASC-nin idarə və müəssisələrinin 240-dək əməkdaşı idmanın 6 növündə - mini-futbol, şahmat, dama, nərd, stolüstü tennis və ağırlıqqaldırma üzrə qüvvəsini sınayacaq.

Spartakiadanın təntənəli açılışı Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində çıxış edən “Azərsu” ASC-nin İşlər idarəsinin rəisi Möhsün Quliyev prezident İlham Əliyevin 2012-ci ili “İdman ili” elan etməsini xatırladaraq son vaxtlar Azərbaycanda kütləvi idman yarışlarının keçirildiyini bildirib.

“Azərsu” sədrinin müavini Mahir Məmmədov yarış iştirakçılarına ASC rəhbərliyinin təbriklərini çatdıraraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Spartakiadanın ilk günü mini-futbol oyunları ilə başlayıb. Spartakiadanın yekununda komanda və fərdi yarışlarda fərqlənənlər “Azərsu” ASC-nin diplom və qiymətli hədiyyələri ilə təltif olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR