Bank Of Baku

Azərbaycanın 2014-cü ildə alacağı iki “Boeing” təyyarəsi 180 mln. dollara başa gələcək

Azərbaycanın 2014-cü ildə alacağı iki “Boeing” təyyarəsi 180 mln. dollara başa gələcək
# 02 aprel 2012 15:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın “Boeing” korporasiyasından 2014-cü ildə alacağı iki təyyarə 180 mln. dollara başa gələcək. “APA-Economics”in xəbərinə görə, bu barədə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib.

Onun sözlərinə görə, “Boeing-787-8” tipli bu təyyarələrin oturacaq yeri 212 nəfərlik olacaq: “Təyyarənin biri təxminən 90 mln. dollara başa gələcək”.

E.Hacıyev qeyd edib ki, “Boeing-787 Dreamliner” təyyarələri başqa üslubda hazırlanıb: “Təyyarələrin çəkisi 20%, buna müvafiq olaraq yanacaq sərfi və havaya zərərli tullantıları 20% azaldılıb, istismar xərcləri 10% endirilib. Təyyarənin maksimal uçuş məsafəsi enmədən 15700 km-dir”.

AZAL rəsmisinin dediyinə görə, bu təyyarələr Bakıdan Moskvaya, Moskvadan İstanbula, İstanbuldan isə Madridə uçacaq: “Hazırda AZAL-ın aviaparkında 21 sərnişin təyyarəsi var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR