Bank Of Baku

Azərbaycandakı tikinti müəssisələri inşaat işlərinin həcmini 62% artırıb

Azərbaycandakı tikinti müəssisələri inşaat işlərinin həcmini 62% artırıb
# 03 aprel 2012 07:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi ötən ilin müvafiq dövrünün səviyyəsini 61,7% üstələyib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, görülmüş ümumi tikinti işlərinin 79,4%-ni yeni tikinti, yenidənqurma və genişləndirmə, 11,4%-ni əsaslı təmir, 2,1%-ni cari təmir, 7,1%-ni isə sair tikinti işləri təşkil edib.

«Dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirilmiş ümumi inşaat işlərinin 28,5%-ni, qeyri-dövlət tikinti müəssisələri isə 71,5%-ni həyata keçirib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR