Bank Of Baku

Sentyabr ayından Azərbaycanda təyyarələrdə mobil rabitə xidmətləri göstəriləcək

Sentyabr ayından Azərbaycanda təyyarələrdə mobil rabitə xidmətləri göstəriləcək
# 03 aprel 2012 10:27 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bununla bağlı bu gün Bakıda keçirilən tədbirdə çıxış edən “NarMobile” şirkətinin biznesin inkişafı və kommunikasiyalar üzrə departamentinin icraçı direktoru Leyla Nəsrullayeva qeyd edib ki, bu ilin sentyabr ayından etibarən təyyarənin qalxma və enmə prosesi istisna olmaqla AZAL-ın təyyarələrində uçuş zamanı “NarMobile”ın bütün rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq.

“Bura danışıq, internet, sms və digər xidmətlər daxildir. Azərbaycanın digər mobil rabitə operatorları “Azerfon”la müvafiq rouminq sazişi imzalamaqla bu xidmətlərdən istifadə edə bilər” - deyə L.Nəsrullayeva vurğulayıb.

“Azerfon”un baş direktoru Yurgen Pitz qeyd edib ki, sentyabr ayınadək AZAL-ın 12 təyyarəsində müvafiq avadanlıqlar, daha sonra isə yerüstü stansiya quraşdırılacaq.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev deyib ki, AZAL yeni xidmətin tətbiqindən sonra MDB ölkələri arasında ilk dəfə olaraq səmada rabitə xidmətlərinin tam çeşidini göstərməklə digər bir yeniliyə imza atmış olacaq. Hazırda AZAL-ın aviaparkı 21 təyyarədən ibarət olsa da, yeni xidmət şirkətin 12 daha yeni təyyarəsində tətbiq olunacaq: “2014-cü ildə Azərbaycanın alacağı iki “Boeing-787 Dreamliner” təyyarəsi bu xidmətlərin tətbiqi üçün hazır vəziyyətdə gətiriləcək olacaq. Sərnişinlər təyyarədə olarkən mobil rabitə və internetdən məhrum olur ki, bu da bəzi narahatlıqlar yaradır. Sentyabr ayından sonra yeni xidmət bu narahatlıqları aradan qaldıracaq”.

“OnAir” şirkətinin baş direktoru Yan Dokins bildirib ki, “OnAir” dünyada hava nəqliyyatında mobil rabitə xidmətlərinin göstərilməsini təşkil edən yeganə şirkətdir. Hazırda təyyarələrdə mobil rabitə Amsterdamda yerləşən yerüstü rabitə stansiyası avsitəsilə həyata keçirilir: “MDB ölkələri arasında regionun inkişaf tendensiyasını və gələcəyə baxış istiqamətlərini nəzərə alaraq yaxın gələcəkdə biz “Azerfon” şirkətinin dəstəyi ilə MDB ölkələrinə uçuş zamanı mobil rabitə xidmətlərinin göstərilməsini mümkün edən, peyklərdən alınan trafiki həmin ölkələrə ötürəcək ikinci yerüstü stansiyanı Bakıda quraşdırmağı planlaşdırırıq. Sözügedən stansiyanın sentyabr ayınadək quraşdırılması gözlənilir”.

“Azərkosmos” şirkətinin icraçı direktoru Rəşad Nəbiyev qeyd edib ki, sözügedən xidmətlərdən təyyarənin 3-8 min metr hündürlükdə olan zaman istifadə etmək mümkün olacaq: “Azərbaycanın süni peykinin orbitə buraxılmasından sonra isə bu şirkətlər sözügedən xidmətdən yararlanmaq üçün bizim infrastrukturdan istifadə edə, yeni xidmətdən hətta 35 500 metr hündürlükdə yararlana biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR