Bank Of Baku

«Azərkosmos»un keçirdiyi məhdud iştiraklı tenderin nəticələri yaxın aylarda müəyyənləşəcək

«Azərkosmos»un keçirdiyi məhdud iştiraklı tenderin nəticələri yaxın aylarda müəyyənləşəcək
# 03 aprel 2012 10:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may-iyun ayları ərzində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərkosmos» ASC tərəfindən keçirilən məhdud iştiraklı tenderin nəticələri müəyyənləşəcək. «APA-Economics»in məlumatına görə, bu barədə ASC-nin icraçı direktoru Rəşad Nəbiyev bildirib.

Onun sözlərinə görə, tender aşağı orbitli optik peykin hazırlanması, orbitə çıxarılması və sığortalanmasını əhatə edir ki, nəticələrin may-iyun aylarında müəyyən olacağı gözlənilir.

R.Nəbiyev onu da qeyd edib ki, «Azərkosmos»un əsas məqsədi kimi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə kommersiya xarakteri daşıyır, ümumi dəyəri isə 250 mln. ABŞ dolları təşkil edir: «Azərbaycan peykin imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peykin imkanlarının 40%-i icarə əsasında Malayziyanın «MEASAT» şirkətinə təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur».

İlkin məlumata görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qaytarılması nəzərdə tutulur. Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsi olmaqla Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR