Bank Of Baku

MDB ölkələrinə aviareyslər zamanı mobil rabitə xidmətlərinin göstərilməsi üçün vahid stansiya Bakıda quraşdırılacaq

MDB ölkələrinə aviareyslər zamanı mobil rabitə xidmətlərinin göstərilməsi üçün vahid stansiya Bakıda quraşdırılacaq
# 03 aprel 2012 11:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Bakıda səfərdə olan «OnAir» şirkətinin icraçı direktoru Yan Dokins bildirib.

Onun sözlərinə görə, «OnAir» şirkəti dünyada hava nəqliyyatında mobil rabitə xidmətlərinin göstərilməsini təşkil edən yeganə şirkətdir: «Hazırda, təyyarələrdə mobil rabitə Amsterdamda (Niderland) yerləşən yerüstü rabitə stansiyası vasitəsi ilə həyata keçirilir. MDB ölkələri arasında regionun inkişaf tendensiyasını və gələcəyə baxış istiqamətlərini nəzərə alaraq, yaxın gələcəkdə biz, «Azerfon»un dəstəyi ilə digər MDB ölkələrinə uçuş zamanı mobil rabitə xidmətlərinin göstərilməsini mümkün edən peyklərdən alınan trafiki həmin ölkələrə ötürəcək ikinci yerüstü stansiyanın Bakıda quraşdırmağı planlaşdırırıq».

«Azərbaycanın İKT-nin inkişaf səviyyəsinə görə regionun qabaqcıl ölkələrindən biri olduğunu və «Azerfon»un Azərbaycanda innovativ texnologiyaları tətbiq etmək marağını nəzərə alaraq, biz Azərbaycanda məhz «Azerfon» və «Azərbaycan Hava Yolları» QSC (AZAL) ilə əməkdaşlıq etməyə başladıq. Məmnunluqla bildirirəm ki, bu layihə yaxın bir zamanda öz nəticələrini verəcək və artıq Azərbaycan vətəndaşları da təyyarədə olarkən rabitə xidmətlərindən istifadə edə biləcəklər», - deyə Y.Dokins bildirib.

Qeyd edək ki, bu ilin sentyabr ayından etibarən Azərbaycanda təyyarələrdə mobil rabitə xidmətləri tətbiq olunacaq. Artıq «Azerfon», AZAL və «OnAir» şirkətləri arasında müvafiq müqavilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR