Bank Of Baku

Daşkənddə regional İKT forumu keçirilib

Daşkənddə regional İKT forumu keçirilib
# 03 aprel 2012 12:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Daşkənddə (Özbəkistan) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Rabitə Birliyi (RRB) ölkələri üçün «Standartlaşdırmada fərqliliyin aradan qaldırılması» mövzusunda regional forumu keçirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, forumun işində Azərbaycan da daxil olmaqla, RRB-in 9 rabitə administrasiyasının 70-ə yaxın nümayəndəsi, BTİ və RRB İcraiyyə Komitəsinin ekspert və təmsilçiləri iştirak edib.

Forum çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi yolları və vasitələri, RRB iştirakçısı olan ölkələrin BTİ standartlarının hazırlanması və tətbiqi sahəsində həyata keçirdiyi işlərdə iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub.

Bundan başqa, kibertəhlükəsizlik, RRB ölkələrində standartlaşdırmada fərqliliyin aradan qaldırılması, multimedia kontentin monitorinqi, kənd və uzaq ərazilərdə yerləşən rayonlar üçün qənaətli və sabit mobil rabitə şəbəkəsi və s. aktual mövzulara dair məruzələr oxunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR