Bank Of Baku

«Bakinternet»in «155» servis xidmətinə müraciətlər avtomatlaşdırılıb

«Bakinternet»in «155» servis xidmətinə müraciətlər avtomatlaşdırılıb
# 04 aprel 2012 07:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) “Bakinternet” provayderinin “1552 servis xidmətinə müraciətlər avtomatlaşdırılıb.

BTRİB-dən «APA-Economics»ə verilən məlumata görə, internet xidməti ilə əlaqədar hər hansı bir problem və ya müraciət etmək zərurəti yarandığı halda, bu məsələnin həlli üçün istifadəçi tərəfindən 155 kodunu yığaraq sistemə internet xidməti qoşulmuş telefon nömrəsini daxil etmək kifayətdir. Nömrə sistemə daxil edildikdən sonra sistem nömrənin doğruluğunu bir daha yoxlayaraq istifadəçiyə bunun təsdiqlənməsini təklif edir. Təsdiqlənmə yerinə yetirildikdən sonra (1 düyməsini basmaqla) sistem müraciətin qəbul edildiyi haqda istifadəçini məlumatlandırır.

Əgər müraciət istifadəçi tərəfindən təkrar olaraq sistemə daxil edilərsə, bu halda sistem istifadəçini müraciətin artıq hansı tarix və vaxtda sistemə daxil edildiyini xatırladır.

İstifadəçilər tərəfindən müraciət daxil edildikdən və sistem tərəfindən həmin müraciət qəbul edildikdən sonra növbəti prosedurlar sistem tərəfindən insan faktoru olmadan avtomatik olaraq yerinə yetirilir.

Qeyd edək ki, müraciətlərin avtomatik daxil edilməsi imkanı ilə yanaşı, 155 xidməti operatoru ilə canlı dialoq yaratmaq imkanı da əvvəllər olduğu kimi saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR