Bank Of Baku

Ukrayna Azərbaycanda metro və körpü inşasında iştirakda maraqlıdır

Ukrayna Azərbaycanda metro və körpü inşasında iştirakda maraqlıdır
# 04 aprel 2012 13:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ukrayna Azərbaycanda metro tikintisində iştirak etmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Ukraynanın baş naziri Nikolay Azarov Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bildirib.

Ukrayna hökumətinin başçısı qeyd edib ki, Azərbaycanda metropolitenin inkişafı layihəsi 2035-ci ilədək həyata keçiriləcək. Layihə nəticəsində Bakı Metropoliteninin xətlərinin uzunluğunun indiki 34,6 km-dən 119 km-ə, stansiyaların sayının isə 23-dən 76-ya çatdırılması planlaşdırılır.

Bununla yanaşı, görüşdə Ukrayna və Azərbaycan arasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Tərəflər Azərbaycanda körpülərin tikintisi layihələrində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR