Bank Of Baku

Ukraynanın baş naziri Azərbaycanı “Vikinq” layihəsinə qoşulmağa dəvət edib

Ukraynanın baş naziri Azərbaycanı “Vikinq” layihəsinə qoşulmağa dəvət edib
# 04 aprel 2012 13:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Ukraynanın baş naziri Nikolay Azarov Azərbaycanı “Vikinq” layihəsinə - Qara dəniz-Baltik dənizi nəqliyyat dəhlizinə qoşulmağa dəvət edib.

APA-Economics”in xəbərinə görə, bu barədə o, Bakıda Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşündə bildirib.

“Biz Azərbaycanı bu nəqliyyat dəhlizinin işində iştirak etməyə çağırırıq. Bu, bir tərəfdən nəqliyyat dəhlizini Mərkəzi Asiya istiqamətində davam etdirməyə imkan verəcək, digər tərəfdənsə sizə Baltikyanı ölkələrə, Belarusa və digər Avropa ölkələrinə çıxmaq imkanı yaradacaq” - deyə N.Azarov qeyd edib.

Baş nazir Azərbaycanla Ukrayna arasında ticarət münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb: “Ticarət dövriyyəsinin illik həcmi 1,4 mlrd. dollara yaxınlaşır. Ancaq mən əminəm ki, bu göstəricini 2-3 dəfə artıra bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR