Bank Of Baku

Azərbaycan və Ukraynanın tikinti şirkətləri üçüncü ölkələrdə birgə fəaliyyət göstərə bilər

Azərbaycan və Ukraynanın tikinti şirkətləri üçüncü ölkələrdə birgə fəaliyyət göstərə bilər
# 04 aprel 2012 14:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan və Ukrayna tikinti sahəsində üçüncü ölkələrdə birgə fəaliyyət göstərə bilər. “APA-Economics”in xəbərinə görə, bu barədə Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko bildirib.

Onun sözlərinə görə, hədəf yalnız daxili bazar olmamalıdır: “Ukrayna və Azərbaycanın tikinti sahəsində bir çox oxşarlığı var: “Hər iki ölkədə iri tikinti şirkətləri fəal göstərir. Bu o demək deyil ki, biz rəqabət aparmalıyıq. Hər iki ölkənin tikinti şirkətləri birgə əməkdaşlıq edə bilər”.

V.Mayko Azərbaycan tərəfinin iki ölkənin tikinti şirkətlərinin üçüncü ölkələrdə birgə fəaliyyət göstərməsi təklifini dəstəklədiyini söyləyib: “Ümumiyyətlə, Ukrayna Azərbaycanla tikinti sahəsində əməkdaşlıq etməyə hazırdır. Hazırda Azərbaycanın tikinti sahəsində sifarişləri onun tikinti şirkətlərinin yerinə yetirə biləcəyi həcmi üstələyir. Ukraynanın tikinti şirkətləri daha təcrübəlidir və bu sahədə Azərbaycana dəstək göstərməyə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR