Bank Of Baku

“Azərsu”da Coğrafi İnformasiya Sistemi yaradılır - FOTO

“Azərsu”da Coğrafi İnformasiya Sistemi yaradılır - <font color=red>FOTO</font>
# 05 aprel 2012 10:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC-də Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılmasına başlanıb.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “AzərsuCİS” adlanan layihə çərçivəsində lazımi texniki avadanlıqlar alınıb və yeni yaradılan Coğrafi İnformasiya və SCADA Sistemləri şöbəsinə mütəxəssislər cəlb edilib.

Hazırda lazımi xəritə məlumatlarının və digər informasiyaların yüklənməsi həyata keçirilir. Sistemin idarəolunması üçün təlim-tədris işlərinə də başlanıb. Bu məqsədlə keçirilən treninqlərdə sistemin yaradılması və idarəolunması ilə bağlı məsələlər ətraflı izah olunur. Gələn həftə layihə çərçivəsində istifadə olunacaq Bentley Microstation V8i proqramının da tədrisi həyata keçiriləcək.

Qeyd edək ki, Coğrafi İnformasiya Sisteminin yaradılması su təchizatı və kanalizasiya sistemlərinin idarə olunması prosesi asanlaşdıracaq. Burada bütün yeraltı və yerüstü infrastruktur obyektləri barədə məlumatlar yerləşdirilərək sistemin elektron xəritəsi yaradılacaq. Bu sistemin köməyi ilə layihələndirmə işləri, su təchizatının və kanalizasiya sisteminin mövcud vəziyyəti dəqiq qiymətləndiriləcək. Ən əsası, şəbəkələrdə hər hansı qəza halları baş verdikdə, bu barədə məlumat sistemdə dərhal qeydiyyata düşəcək ki, bu da qəzanın nəticələrinin tezliklə aradan qaldırılmasına imkan verəcək.

Gələcəkdə abonent bazasının da CİS-ə inteqrasiya edilməsi nəzərdə tutulur. İlkin mərhələdə layihə Bakı şəhərində həyata keçiriləcək, gələcəkdə isə bütün ölkəni əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR