Bank Of Baku

Bakıda hotel biznesində qanuni televiziya kontentinin təmin edilməsi mövzusunda seminar keçirilib

Bakıda hotel biznesində qanuni televiziya kontentinin təmin edilməsi mövzusunda seminar keçirilib
# 05 aprel 2012 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) təşkilatçılığı ilə Bakıda «Azərbaycan hotel biznesində qanuni televiziya kontentinin təmin edilməsi» mövzusunda seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən «Nur Dünyası» şirkətinin icraçı direktoru Pərvin Sadıqov şirkətin fəaliyyəti haqqında ətraflı məlumat verib və qeyd edib ki, 2009-cu ildə fəaliyyətə başlayan «Nur Dünyası» MMC Azərbaycanda qanuni televiziya kontentinin leqallaşdırılması ilə məşğul olur: «Bizim şirkət NTV+, VQTRK, «Red Media», «Zone Media», STS, «Pervıy kanal. Telesemeystvo» kimi televiziya kanallarının Azərbaycanda rəsmi tərəfdaşı və təmsilçisidir, yəni bu şirkətlərin kanallarının ölkədə qanuni yayımlanmasını təmin edirik».

P.Sadıqov həmçinin bildirib ki, «Nur Dünyası» şirkəti Azərbaycanda fəaliyyət göstərən hotellərdə sözügedən kanalların qanuni yayılıb-yayılmaması istiqamətində monitorinq aparacaq və hər hansı bir qeyri-qanuni yayım aşkarlanarsa, yayım leqallaşdırılaraq sözügedən boşluq aradan qaldırılacaq.

Tədbirdə həmçinin Almaniyanın «WiSi» şirkəti və Ukraynanın «Romsat» şirkətinin nümayəndələri kabel televiziyası üçün istehsal etdiyi avadanlıq və hotellərdə bu avadanlıqların quraşdırılması barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, bu avadanlıqlar hesabına hotellərdə interaktiv televiziyanı təmin etmək mümkündür. Yəni, hotellərin müştəriləri televiziya ilə yanaşı, sifarişlə və özlərinin zövqünə uyğun bədii filmlər izləyə, musiqiyə qulaq asa və internetdən istifadə edə bilər. Eyni zamanda, həmin televizor monitoru vasitəsilə hotelin işçiləri müştəriyə özəl və ya ümumi məlumatları çatdıra bilər, müştəri isə öz növbəsində hoteldə təklif olunan xidmətlərlə tanış olub, onlardan hər hansınısa sifariş verə bilər. Bununla yanaşı müştəri hotelə olduğu borcu haqda məlumat alıb və əvvəlcədən (otağında olarkən) çıxarışını təmin edə bilər ki, bununla o, resepşnda vaxt itkisini aradan qaldırmış olur.

Qeyd edək ki, seminarda Azərbaycanda fəaliyyət göstərən bir sıra hotellərin texniki nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR