Bank Of Baku

İstanbul-Gəncə aviareysi açılır

İstanbul-Gəncə aviareysi açılır
# 05 aprel 2012 11:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Türkiyənin “Onur Air” aviaşirkəti İstanbul-Gəncə aviareysi açır.

APA-nın yerli mətbuata istinadən verdiyi məlumata görə, İstanbul Atatürk Hava Limanından havaya qalxan təyyarə Gəncə Beynəlxalq Aeroportuna 2,5 saat müddətinə çatacaq. Bu reys üzrə və geriyə uçuşlar həftədə üç dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) həyata keçiriləcək.

İlk reys bu il mayın 2-də gerçəkləşəcək. Şirkət İstanbul-Gəncə reysi üzrə biletlərin qiymətinin 79 avro olduğunu bildirib. Artıq İstanbul-Gəncə aviareysi üzrə biletlər internet vasitəsilə satışa çıxarılıb.

Qeyd edək ki, “Onur Air” aviaşirkəti İstanbul-Bakı aviareysi üzrə də uçuşlar həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR