Bank Of Baku

“Azərsu” hüquqşünasları işə dəvət edir

“Azərsu” hüquqşünasları işə dəvət edir
# 05 aprel 2012 12:24 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASCəmiyyəti hüquq məsləhətçisi vəzifəsi üzrə vakant iş yerlərinə işçi qəbulu elan edir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifə üzrə əmək funksiyalarına hüquqi əhəmiyyətli sənədlərin hazırlanması, məhkəmə işlərinin aparılması, mülki-prosessual sənədlərin və müvafiq hüquqi rəylərin hazırlanması daxildir.

Elana əsasən, namizədlər 25-40 yaş həddində olmalı, hüquq ixtisası üzrə ali təhsilə və müvafiq ixtisas üzrə 2 illik iş təcrübəsinə, o cümlədən mülki, əmək, inzibati və mülki-prosessual hüquq sahələrində mükəmməl bilik və iş təcrübəsinə malik olmalıdırlar. Bundan başqa, namizədlər kompyuter biliklərinə (MC office proqramlarında sərbəst işləmək bacarığı), sənədlərlə yüksək səviyyədə işləmək bacarığına malik olmalıdır.

Namizədlər müsabiqə yolu ilə seçiləcək. Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün “Azərsu” ASC-nin İnsan resursları şöbəsinə müraciət etmək olar(tel.: 012 431-47-67).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR